İlkin gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi açıqlanıb

İlkin gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi açıqlanıb

BANK
699

Ötən il Azərbaycanın ilkin gəlirlər balansında neft-qaz sektoru üzrə 3.4 milyard dollar kəsir, qeyri-neft-qaz sektoru üzrə isə 647.4 milyard dollar profisit olub.

Finss.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Məlumata əsasən, nəticədə ilkin gəlirlər balansında kəsir 14.5% daralaraq 2.7 milyard dollar təşkil edib.

Hesabat dövründə ilkin gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 7.9 milyard dollar olub.

Bunun 67.3%-ini 5.3 milyard dollar olmaqla Azərbaycandan qeyri-rezidentlərə ödənişlər təşkil edib. Bu məbləğin isə əsas hissəsini (3.9 milyard dollar) xarici investorların payına düşən gəlirlərin repatriasiyası (o cümlədən 3.5 milyard dollar beynəlxalq neft-qaz konsorsiumları üzrə əsasən xam neft və təbii qaz şəklində repatriasiya), qiymətli kağızlar portfeli üzrə qeyri-rezidentlərə ödənilən faizlər (0.3 milyard dollar), xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (0.5 milyard dollar) və digər ödənişlər (0.6 milyard dollar) təşkil edib).

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İlkin gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi açıqlanıb — Fins.az — Fins.az