IFC Avropa, Latın Amerikası və Karib adaları üzrə yeni vitse-prezident təyin etdi

IFC Avropa, Latın Amerikası və Karib adaları üzrə yeni vitse-prezident təyin etdi

BANK
288

Bu gün Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Alfonso Garcia /Garsia/ Mora-nın Avropa və Latın Amerikası – Karib adaları üzrə vitse-prezident vəzifəsinə təyin olunmasını elan etdi. Bu yeni rolda c-b Garcia Mora IFC-nin bu iki regionda fəaliyyətini, o cümlədən Ukraynadakı müharibəyə təşkilatın cavabını və əsas inkişaf çağırışlarının öhdəsindən gəlmək üçün özəl bölmənin artımına yönəlmiş təşviq tədbirlərini istiqamətləndirəcək.

“Davam edən COVID-19 böhranına, indi isə Ukraynadakı müharibəyə nəzərən biz adı çəkilmiş iki regionda inkişaf təsirinin optimallaşdırılmasına strateji yanaşma seçməliyik,” – deyərək Garcia Mora qeyd etdi. – “Mən pandemiyadan sonra yaşıl, inklyuziv və dayanıqlı bərpanı təmin edəcək, habelə regionların hər birinə xas olan inkişaf problemlərini həll etməyə kömək edəcək yüksək-təsirli layihələrlə hökumətləri və özəl sektoru dəstəkləmək imkanını səbirsizliklə gözləyirəm.” 

C-b Garcia Mora Avropa və Latın Amerikası – Karib adaları regionlarında IFC-nin investisiyaları, məsləhət xidmətləri və donorlarla tərəfdaşlığa cavabdeh olacaq.

Bu təyinatdan dərhal əvvəl c-b Garcia Mora IFC-nin Asiya və Sakit okeanı üzrə regional vitse-prezident vəzifəsində fəaliyyət göstərib. Bundan öncə isə o, Dünya Bankında müxtəlif regionlar, o cümlədən Avropa və Latın Amerikası üzrə direktor, eləcə də maliyyə, rəqabətlilik və innovasiyalar üzrə qlobal direktor vəzifələrində çalışıb. 

Dünya Bankı Qrupuna qoşulmazdan əvvəl Garcia Mora İspaniyanın Analistas Financieros Internacionales adlı maliyyə-konsaltinq şirkətinin ortağı və idarəedici direktoru olub. Vəzifə başında olarkən o, müxtəlif ölkələrdə özəl şirkətlər, tənzimləyici qurumlar, hökumətlər və beynəlxalq maliyyə təsisatlar ilə yaxın əlaqədə işləyib.     

Alfonso Garcia Mora İspaniyadakı Universidad Autonoma de Madrid universitetindən maliyyə iqtisadı üzrə fəlsəfə doktoru dərəcəsinə sahibdir. O, bankçılıq və maliyyə sektoru məsələlərinə dair çoxsaylı mühazirələr oxumuş və bir çox yazıların müəllifidir.     

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
IFC Avropa, Latın Amerikası və Karib adaları üzrə yeni vitse-prezident təyin etdi — Fins.az — Fins.az