Hesablama Palatası:Gömrük Komitəsi ölkədən çıxarılan 1,1 mlrd. manat xarici valyutada olan vəsaiti rəsmiləşdirməyib

Hesablama Palatası:Gömrük Komitəsi ölkədən çıxarılan 1,1 mlrd. manat xarici valyutada olan vəsaiti rəsmiləşdirməyib

BANK
509

Auditlə əhatə olunan dövrdə 7 (yeddi) rezident bank tərəfindən ümumilikdə ölkə ərazisindən kənara “müxbir hesaba göndəriş” adı altında manat ekvivalentində 1,1 mlrd. manat dəyərində xarici valyuta vəsaitləri (əsasən ABŞ dolları və Avro ilə olan pul banknotları) ixrac olunub ki, bu pul vəsaitlərinin də son təyinat ünvanı olan xaricdəki bankların müvafiq müxbir hesablarına mədaxilini nəzərdə tutan təsdiqedici sənədlər gömrük rəsmiləşdirilməsi prosesində mövcud olmayıb.

Bu Hesablama Palatasının Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində (İdarə) inzibatçılığın təşkili vəziyyətinin auditi ilə bağlı hesabatında qeyd olunub.

Qeyd edək ki, audit 2019-cu il və 2020-ci ilin yanvar-aprel aylarını əhatə edib. 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Hesablama Palatası:Gömrük Komitəsi ölkədən çıxarılan 1,1 mlrd. manat xarici valyutada olan vəsaiti rəsmiləşdirməyib — Fins.az — Fins.az