Gürcüstandan Azərbaycana birbaşa xarici investisiyalar 2,6 dəfə artıb

Gürcüstandan Azərbaycana birbaşa xarici investisiyalar 2,6 dəfə artıb

BANK
193

2025-ci ildə Gürcüstandan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 91,258 milyon ABŞ dolları təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankı-ya istinadən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 55,9 milyon dollar və ya 2,6 dəfə çoxdur.

Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində Gürcüstandan reallaşan sərmayələrin payı 1,4% təşkil edib.

Azərbaycan 2025-ci ildə Gürcüstan iqtisadiyyatına 179,5 milyon dollar sərmayə qoyub ki, bu, əvvəlki ilə nisbətən 14,5 milyon dollar və ya 8,8% çoxdur. Birbaşa xarici investisiyaların ümumi həcmində Gürcüstana yatırılan Azərbaycan investisiyalarının xüsusi çəkisi 7,1% təşkil edib.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycana birbaşa xarici investisiyalar 6,595 milyard ABŞ dollarından çox olub ki, bu da 2024-cü ilə nisbətən 450,9 milyon dollar və ya 6,4% azalma deməkdir. Eyni zamanda, 2025-ci il ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi 2,528 milyard ABŞ dolları təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 765,4 milyon dollar və ya 43,4% çoxdur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Gürcüstandan Azərbaycana birbaşa xarici investisiyalar 2,6 dəfə artıb — Fins.az — Fins.az