"GünayBank" da yerləşdirilən depozitlərin miqdarı 17,7% artıb -MƏBLƏĞ

"GünayBank" da yerləşdirilən depozitlərin miqdarı 17,7% artıb -MƏBLƏĞ

BANK
577

İlk rübdə "Günay Bank"da- depozitlər 14 milyon 470 min manat və ya 17,7% artaraq 31 Mart 2020-ci il tarixində 96  milyon 39 min manat təşkil edib. 

Fins.az xəbər verir ki,bu barədə bankın hesabatında məlumat verilir

Hesabatda həmçinin bildirilir ki, bankda fiziki şəxslərin depozitləri 14 milyon 431 min manat artaraq 78  milyon 732 min manata çatıb. Hüquqi şəxslərin depozitləri təxminən dəyişməz qalıb.

31 Mart 2020-ci il tarixində GünayBank 65 milyon 371 min manat məcmu kapitala malik olub. Məcmu kapital ötən ilin sonuna nisbətən isə 1 milyon 193 min manat və ya 1,8 % artıb.

Müəllif: Aynur Qəniyeva

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"GünayBank" da yerləşdirilən depozitlərin miqdarı 17,7% artıb -MƏBLƏĞ — Fins.az — Fins.az