"Günay Bank" mövcud vəziyyətdə inkişaf tendensiyasını qoruya bilib

"Günay Bank" mövcud vəziyyətdə inkişaf tendensiyasını qoruya bilib

BANK
817

"Günay Bank" ASC-nin təqdim etdiyi hesabatdan görünür ki, keçən ilin müvafiq dövrünə nisbətən Bankın mənfəəti 2.8 dəfə, yəni 391min manata qarşı 1.076min manata artmışdır.

İlin əvvəlin nisbətən nağd pul vəsaitləri 25.033min manatdan, 3.316min artaraq  28.349min manat yüksəlmişdir.

Məcmu kapital isə keçən ilin müvafiq dövrünə nisbətən (62.343.029 manatdan, 65.371.043 manat yüksələrək) 3.028 min manat və ya 4.9 % artmışdır. İlin əvvəlinə nisbətən məcmu kapital 1.293 min və ya 2 % artmışdır.

Ümumi aktivlərdə  20.468min və ya 9 % artım görünür. . Digər bütün sahələrdə də müsbət tendensiyalar davam edir.

"Gunay Bank" məlum pandemiya ilə mübarizə tədbirlərinə qoşulmaqla yanaşı öz heyəti ilə vətəndaşların xidmətində dayanmış və mümkün qədər fəaliyyətini keyfiyyətlə həyata keçirməyə çalışmışdır.

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"Günay Bank" mövcud vəziyyətdə inkişaf tendensiyasını qoruya bilib — Fins.az — Fins.az