
“Goldman Sachs” 4 regiondakı işçilərinə evdən işləməyi tapşırıb
ABŞ-ın “Goldman Sachs” investisiya bankı daha bir işçisində koronavirusun aşkarlanmasından sonra Amerika, Avropa, Yaxın Şərq və Afrikadakı regionlarında işləyən əməkdaşlarına evdən işləməyi tapşırıb.
Fins.az Report-a istinadən xəbər verir ki, bu vəziyyət iş rejimi ilə bağlı növbəti əmrin imzalanmasına qədər davam edəcək.
“Goldman Sachs” hələ ki bu məsələyə rəsmi münasibət bildirməyib.