Fiziki şəxslər üçün hesablaşma-kassa xidmətləri genişləndirilir

Fiziki şəxslər üçün hesablaşma-kassa xidmətləri genişləndirilir

BANK
224

Fins.az“Azər Türk Bank” ASC fiziki şəxslər üçün müxtəlif valyutalarda cari hesabların açılması və hesablaşma-kassa xidmətləri təqdim edir.

Bankın məlumatına görə, müştərilər Azərbaycan manatı, ABŞ dolları, avro, Rusiya rublu, Türk lirəsi, İsveçrə frankı və funt sterlinqdə hesab aça bilərlər.

Məlumata əsasən, xidmət çərçivəsində ölkədaxili və beynəlxalq köçürmələr, nağd və nağdsız əməliyyatlar, valyuta alışı və satışı, hesab üzrə çıxarışların əldə edilməsi, eləcə də inkassasiya xidmətlərindən yararlanmaq mümkündür. Bank bildirib ki, filiallararası köçürmələr saniyələr ərzində və ödənişsiz həyata keçirilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Fiziki şəxslər üçün hesablaşma-kassa xidmətləri genişləndirilir — Fins.az — Fins.az