
"Fitch Ratings" in Avrozona iqtisadiyyatı barədə proqnozu
Beynəlxalq kredit reytinq agentliyi “Fitch Ratings” koronavirusun (COVID-19) təsiri ilə bu il Avrozona iqtisadiyyatının 4,2% kiçiləcəyini açıqlayıb.
Bu barədə “Fitch Ratings” agentliyinin məlumatında deyilir.
Qeyd edək ki, reytinq agentliyi eyni səbəblərə görə bu il ABŞ və İngiltərə iqtisadiyyatlarında da müvafiq olaraq 3,3% və 3,9% azalma proqnozlaşdırır.
(c)report