“Fitch” AMB-nin pul-kredit siyasəti ilə bağlı proqnozunu açıqlayıb

“Fitch” AMB-nin pul-kredit siyasəti ilə bağlı proqnozunu açıqlayıb

BANK
477

2026-cı ildə Azərbaycanda uçot dərəcəsinin daha da aşağı salınması imkanları böyük ehtimalla məhdud olacaq.

Fins.az xəbər verir ki, bu qənaətə Fitch Ratings beynəlxalq reytinq agentliyinin EMEA regionu üzrə suveren reytinqlər direktoru Arvind Ramakrishnan gəlib.

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti fevralın 4-də uçot dərəcəsini 0,25 faiz bəndi azaldaraq 6,5 %-ə endirib. Faiz dəhlizinin aşağı həddi 5,75 %-dən 5,5 %-ə, yuxarı həddi isə 7,75 %-dən 7,5 %-ə azaldılıb. Növbəti qərarın aprelin 2-də açıqlanması planlaşdırılır.

A.Ramakrişnan bildirib ki, “Fitch” Azərbaycan pul-kredit siyasətini struktur baxımından hələ tam effektiv olmayan bir model kimi qiymətləndirir. Bu vəziyyət yüksək izafi likvidlik və tədricən azalsa da hələ də əhəmiyyətli olan dollarlaşma ilə izah olunur. 2025-ci ilin sonuna olan məlumata görə, depozitlərin dollarlaşma səviyyəsi 36,8 % təşkil edib.

Agentlik gözləyir ki, AMB-nin institusional potensialının artırılması və birgünlük AZIR dərəcəsinin hesablanma metodologiyasına ediləcək düzəlişlər sayəsində uçot dərəcəsinin transmissiya mexanizmi tədricən daha effektiv olacaq.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Fitch” AMB-nin pul-kredit siyasəti ilə bağlı proqnozunu açıqlayıb — Fins.az — Fins.az