Fintech layihələri üçün xüsusi tənzimləmə rejiminin üçüncü mərhələsi başlayıb - Mərkəzi Bank

Fintech layihələri üçün xüsusi tənzimləmə rejiminin üçüncü mərhələsi başlayıb - Mərkəzi Bank

BANK
283

Fins.az - Azərbaycan Mərkəzi Bankı innovativ maliyyə məhsul və xidmətlərinin nəzarət olunan mühitdə sınaqdan keçirilməsini təmin edən xüsusi tənzimləmə rejiminin (sandbox) üçüncü dövrü üzrə müraciət qəbuluna başlayıb.

Məlumata görə, bu mərhələdə maliyyə texnologiyaları sahəsində fəaliyyət göstərən innovativ məhsul və xidmətlərin sınaqdan keçirilməsi üçün müraciətlər qəbul olunacaq. Qəbul prosesi 2 ay davam edəcək və müraciətlər 25 avqust 2026-cı il tarixinədək qəbul ediləcək.

Bildirilib ki, xüsusi tənzimləmə rejiminin meyarlarına uyğun gələn innovativ maliyyə məhsulları Mərkəzi Bankla bağlanacaq müqavilə əsasında sınaq mərhələsində iştirak etmək hüququ əldə edəcək.

Qeyd olunub ki, xüsusi tənzimləmə rejiminin əsas məqsədi ölkədə innovativ maliyyə həllərinin inkişafını təşviq etmək, maliyyə xidmətlərinə çıxış imkanlarını genişləndirmək, həmçinin maliyyə bazarının daha şəffaf və səmərəli inkişafına dəstək verməkdir.

Mərkəzi Bankdan bildirilib ki, proqramda iştirak etmək istəyən şəxslər və şirkətlər “Xüsusi tənzimləmə rejiminin tətbiqi Qaydası”nın 4.2-ci bəndində nəzərdə tutulan sənəd və məlumatları xüsusi internet səhifəsi vasitəsilə və ya yazılı formada təqdim edə bilərlər.

Xüsusi tənzimləmə rejimi ilə bağlı əlavə suallar yarandığı halda müraciətlərin [email protected] elektron poçt ünvanı vasitəsilə qəbul edildiyi qeyd olunub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Fintech layihələri üçün xüsusi tənzimləmə rejiminin üçüncü mərhələsi başlayıb - Mərkəzi Bank — Fins.az — Fins.az