FED uçot dərəcəsini endirdi-DOLLAR MƏZƏNNƏSİNDƏ QEYRİ- MÜƏYYƏNLİK ARTIR

FED uçot dərəcəsini endirdi-DOLLAR MƏZƏNNƏSİNDƏ QEYRİ- MÜƏYYƏNLİK ARTIR

BANK
2,005

ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 0-0,25%-ə qədər endirib.

Bu barədə FED-in saytında məlumat yayımlanıb.

Məlumatda bildirilir ki, FED koronavirusa görə risklərlə mübarizə çərçivəsində uçot dərəcəsini ciddi şəkildə azaldıb. "Koronavirusun fəsadları qısamüddətli perspektivdə iqtisadi fəallığa təsir göstərəcək və bu perspektivlər üçün təhlükə yaradır", - deyə nizamlayıcının açıqlamasında bildirilir.

Qeyd edək ki, ABŞ-ın Mərkəzi Bankı funksiyasını həyata keçirən Federal Ehtiyat Sistemi martın 3-də də uçot dərəcəsinə baxıb. Həmin vaxt FED uçot dərəcəsini 0,5% bənd azaldıb və 1-1,25% səviyyəsində saxlayıb. 

FED daha əvvəl uçot dərəcəsinə yanvarın sonunda baxıb və sabit - 1,5-1,75% səviyyəsində saxlayıb. 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
FED uçot dərəcəsini endirdi-DOLLAR MƏZƏNNƏSİNDƏ QEYRİ- MÜƏYYƏNLİK ARTIR — Fins.az — Fins.az