
“Expressbank”-ın biznes krediti portfeli 9,5% ARTIB
2020-ci ilin yanvar-sentyabr aylarında “Expressbank” biznes krediti portfelini 2020-ci ilin yanvar ayına nisbətən 9,5% artıraraq 64,061 milyon manat təşkil edib.
Fins.az xəbər verir ki, “Expressbank" aktivlərini 10,1% - 304,414 milyon manatadək azaldıb.
2020-ci il sentyabrın 30-na bankın kredit portfeli 1,2% azalaraq 221,123 milyon manat təşkil edib . Bakın istehlak kreditləri 127,021 milyon manata bərabər olub ki, bu da ilin əvvəlinbə olan göstərici ilə müqaisədə 7,6% azlmanın göstəricisidir.
2020-cilin sentyabr ayının sonuna olan hesabata görə “Expressbank”ın öhdəlikləri 18,6% azalaraq 182,585 milyon manat təşkil edir. Oktyabr ayının əvvəlinə bankın depozit portfeli 112,82 milyon manat təşkil edir ki, bu da ilin əvvəli ilə müqaisədə 35,2% azalmanın göstərisidir. Bankda əhalinin əmanətləri 37,2% azalaraq 89,67 milyon manat məbləğində olub.
Sentyabr ayının sonuna bankın kapitalı 6,5% artaraq 121,828 milyon manat, nizamnamə kapitalı 112,545 milyon manat təşkil edib.
2020-ci ilin yanvar-sentyabr aylarının yekunları üzrə bankın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqaisədə 7,426 milyon manat təşkil edib.