Estoniyadan Azərbaycana birbaşa investisiyalar 15 milyon dollara yaxın olub
2025-ci ildə Estoniyadan Azərbaycana birbaşa investisiyaların həcmi 14,985 milyon ABŞ dolları təşkil edib.
Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 14,863 milyon dollar və ya 122 dəfə artım deməkdir.
Hesabat ilində Estoniyadan Azərbaycana yatırılan investisiyaların ümumi birbaşa xarici investisiyalardakı payı 0,2% olub. Qeyd edək ki, 2024-cü ildə Estoniyadan Azərbaycana birbaşa investisiyaların ümumi həcmi 122 min dollar təşkil etmişdi.
Bununla yanaşı, 2025-ci ildə Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmi 6,595 milyard ABŞ dollarını ötüb ki, bu da 2024-cü illə müqayisədə 450,9 milyon dollar və ya 6,4% azalma deməkdir. Eyni dövrdə Azərbaycanın xarici iqtisadiyyata yönəltdiyi birbaşa xarici investisiyaların həcmi isə 2,528 milyard dollar olub ki, bu da 2024-cü ilə nisbətən 765,4 milyon dollar və ya 43,4% çoxdur.