
Əməliyyat xərcləri 100 milyon manatdan çox olan banklar
"Atabank" istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 29 bankdan 4-nün ötənilki əməliyyat xərcləri 100 milyon manatdan çox olub.
Bunlar "Kapital Bank" (273,156 milyon manat), "Azərbaycan Beynəlxalq Bankı" (263,83 milyon manat), "PAŞA Bank" (163,752 milyon manat) və "Access Bank"dır (110,029 milyon manat).
Qalan 25 bankdan 7-də əməliyyat xərcləri 50-100 milyon manat arasında, 14 bankda 10-50 milyon manat arasında, 4 bankda isə 10 milyon manatdan azdır.
(C)renkinq