Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

BANK
463

Mayın 10-da Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Tural Piriyev, icraçı direktorun müavini Akşın Cahangirov və ƏSF-nin struktur bölmə rəhbərləri müstəqil dövlətimizin qurucusu, çağdaş Azərbaycanın memarı, XX əsrin ən görkəmli tarixi şəxsiyyətlərindən və siyasi xadimlərindən biri olan ümummilli lider Heydər Əliyevin 99-illik yubileyi münasibətilə Fəxri xiyabanda onun məzarını ziyarət etmişlər. T. Piriyev və Fond rəsmiləri ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül dəstələri düzmüşlər.

Daha sonra, ƏSF-nin kollektivi Fəxri xiyabanda görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın məzarını ziyarət etmiş, məzarı üzərinə çiçəklər düzmüşlər.

 

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər — Fins.az — Fins.az