
Əmanət lotereyası başladı – 50 000 AZN-ə qədər pul mükafatları
Fins.az - Bank əmanət yerləşdirən müştərilər üçün yeni stimullaşdırıcı “Əmanət” lotereyasını təqdim edib.
Kampaniya çərçivəsində iştirakçılar yüzlərlə pul mükafatı qazanmaq şansı əldə edirlər. Ən böyük uduşlar isə hər biri 50 000 AZN olan iki əsas mükafatdır.
Lotereya 1 aprel – 30 dekabr 2026-cı il tarixlərini əhatə edir.
İştirak qaydası
Lotereyada iştirak etmək üçün müştərilər bankda “Müddətli”, “Proqress” və “VİP-Rantye” əmanət məhsullarından birini yerləşdirməli və ya mövcud əmanəti uzatmalıdır.
İştirakın aktivləşdirilməsi mobil bank tətbiqinin “Lotereya” bölməsi vasitəsilə həyata keçirilir.
Şansların hesablanması
İştirak şansları yerləşdirilən əmanət məbləğinə əsasən formalaşır:
Bakı və Sumqayıt filialları: hər 500 AZN / 300 USD – 1 şans
Region filialları: hər 250 AZN / 150 USD – 1 şans
Uduş fondu
Lotereyanın ümumi uduş fondu:
50 000 AZN – 2 qalib
5 000 AZN – 45 qalib
1 000 AZN – 75 qalib
500 AZN – 105 qalib
Filial qrupları üzrə tiraj sistemi
Daha geniş iştirak imkanları üçün filiallar 5 qrup üzrə bölünüb:
Qrup 1: Bakı və Sumqayıt
Qrup 2: Gəncə, Qazax, Şəmkir, Tovuz, Mingəçevir
Qrup 3: Zaqatala, İsmayıllı, Şamaxı, Şəki, Yevlax
Qrup 4: Xaçmaz, Şabran, Qusar, Quba, Siyəzən
Qrup 5: Neftçala, Cəlilabad, Lənkəran, Şirvan, Göyçay
Tiraj tarixləri
1-ci tiraj: 01.04.2026 – 30.06.2026 | Uduş: 10.07.2026
2-ci tiraj: 01.07.2026 – 30.09.2026 | Uduş: 12.10.2026
3-cü tiraj: 01.10.2026 – 30.12.2026 | Uduş: 12.01.2027
4-cü ümumi tiraj: 01.04.2026 – 30.12.2026 | Uduş: 12.01.2027
Qaliblər bankın rəsmi saytında və sosial media hesablarında elan olunacaq.
Ətraflı məlumat və müraciət üçün: https://www.xalqbank.az/az/ferdi/kampaniyalar/lotereya?utm_source=finss&utm_medium=banner&utm_campaign=emanetlotereyasi&utm_content=smartbee&glid=13305_267747_1776233707454-0_0737717e5333d4c212cfe2ad9ff4eb7b