Elman Rüstəmov:Girov qoyulmadan kredit alınması mexanizmləri tətbiq edilməlidir

Elman Rüstəmov:Girov qoyulmadan kredit alınması mexanizmləri tətbiq edilməlidir

BANK
1,024

"Girov qoyulmadan kredit alınması mexanizmləri tətbiq edilməlidir"

Fins.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib.

Elmən Rüstəmov qeyd edib ki, indiyədək banklar kənd yerlərində girov götürdükləri evləri sata bilməyiblər:

“Belə təcrübə olub, kənd yerlərində onlarla insanın yaşadıqları evlər girov götürülüb və kredit verilib. Kredit qaytarılmayan zaman bankın girov götürdüyü evi kənddən heç kim almır, hamı qohum-əqraba, tanışdır, satmaq üçün bazar yoxdur. Kənd yerlərində daşınmaz əmlakın girov götürülməsi mümkün deyil. Daşınar əmlakın girov qoyularaq kredit götürülməsinə gəldikdə isə, artıq bu üzrə reyestr yaradılıb, biz dünən tarifləri 10 dəfəyə qədər aşağı saldıq. Kiminsə maşını, inəyi və s. başqa daşınar əmlakı varsa girov qoyaraq kredit cəlb edə bilsin. Amma bu da yetərli deyil. Kənd yerlərində girov qoyulmadan kredit alınması mexanizmləri tətbiq edilməlidir”.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Elman Rüstəmov:Girov qoyulmadan kredit alınması mexanizmləri tətbiq edilməlidir — Fins.az — Fins.az