
Elman Rüstəmov:Büdcə kəsiri ümumi bir problemdir
“Növbəti 5-10 il ərzində bizim üçün başlıca iqtisadi və sosial çağırışlar yüksək və dayanıqlı iqtisadiyyatın təmin edilməsi və ÜDM-in ikiqat artımının təmin olunmasıdır”.
Fins.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov parlamentdə büdcə müzakirələrində deyib.
O qeyd edib ki, ikinci çağırış ortamüddətli dövrdə də makroiqtisadi sabitliyin qorunması və təmin olunmasıdır: “Post-pandemiya və post-neft dövrü bizim qarşımızda yeni çağırışlar qoyub. Növbəti ildə büdcə xərclərinin 4%-ə qədər artması tam məntiqidir. Büdcə layihəsi azad olunmuş ərazilərdə bərpa işlərinin başlanmasını özündə ehtiva edir. Biz bunu uzun illər gözləmişik.
Büdcə kəsiri isə ümumi bir problemdir. Bu proses bir neçə ildir ki davam edir”.
(c)