Elman Rüstəmov: “Ermənistan valyutasına baxsaq görərik ki...”

Elman Rüstəmov: “Ermənistan valyutasına baxsaq görərik ki...”

BANK
967

Bakı, 09 dekabr Fins.az   

“Ermənistan valyutasına baxsaq görərik ki, artıq devalvasiya prosesləri sürətli şəkildə başlayıb”.

Fins.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, 50 milyard dollar rezervleri olan Azərbaycanın iqtisadi gücü, potensialı o deməkdir ki, birin iyirmiyə, iyirmi beşə nisbətində bizim gücümüz var: “Hesab edirik ki, Azərbaycan iqtisadiyyatı bu qələbədən daha güclənmiş və dayanıqlı şəkildə çıxıb. İşğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində görüləcək işlərimiz var. Bu işləri həyata keçirilməsi həmin ərazilərə qoyulacaq investisyalar bizim iqtisadi potensialımızı daha da artıracaq. Əhalinin məşğulluğuna və rifahına əhəmiyyətli dəstək verəcək”.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Elman Rüstəmov: “Ermənistan valyutasına baxsaq görərik ki...” — Fins.az — Fins.az