
Elman Rüstəmov: "Biz xalqımızın da, vətəndaşların da bütün ağrılarını,problemlərini özümüzdən keçiririk"
Biz xalqımızın da, vətəndaşların da bütün ağrılarını,problemlərini özümüzdən keçiririk.
Fins.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib
O bildirib ki,təbii ki, bizim özümüzün yeni situasiyada,yeni dövrdə başladığımız gördüyümüz və görəcəyimiz işləri də dedim.Bütövlükdə müştərilər də bankda özlərinə hesab açanda banklara qarşı çox tələbkar olmalıdılar.Seçim zamanı tələbkar yanaşmalıdılar.Mən çox təəssüüf edirəm mürciətlər olur 10-15 nəfər işləyən müəssisədir, insan bəlkə də bütün həyatını sərf edib ki,bu biznesi yaratsın,işçiləri var. Bu gün maaş verə bilmir, ayın son günləridir.Bunu çox həssas və çox ağrılı qəbul edirik .Biz xalqımızın da, vətəndaşların da bütün ağrılarını,problemlərini özümüzdən keçiririk.Özümüzdədir,bizdədir.
Mərkəzi Bank sədri eyni zamanda "Başa düşürük amma ki,yaratdığın biznesə on illərlə çalışırsan insanlar çalışır ona qarşı diqqətli olmaq lazımdır.Bank seçəndə diqqətli davranmaq lazımdır.
Elman Rüstəmov "Ata Bank"-ın timsalında bağlanan banklarda əmanətlərin sığortalanması proseduruna soyuq yanaşıldığını bidlirərək deyib ki, ""Ata Bank"-ın problemi uzun illərdir çevrədə idi. Bir çox əmanətçilər heç əmanətlərini sığorta etməmişdilər. Biz bir çoxunu məcbur etdik, bankı məcbur etdik əmanətçilər gəlib sığorta müqaviləsi bağlasınlar.Ona görə ki, bilirəm yenə də onlar gələcəkdilər Mərkəzi Bankın qarşısında dayancaqdılar ki, əmanətlərin sığortalanması haqqında qanun var dövlət niyə bizim əmanətləri qaytarmır.
Baş bankir bağlanan banların əmanətçilərinin əmanətlərinin qorunması ilə bağlı mərkəzi bankın atdığı addımlar barədə də məlumat verərək "Bu gün gördüyümüz tədbirin nəticəsidir ki, qorunmayan əmanətlərin həcmi minimuma enib.Təxminən 15%-ə qədər qoruna bilən.həm fazi dərəcəsinə görə həm bütövlükdə bankın idarəçiliyi ilə heç bir əlaqəsi olmayan adamların əmanətləri qorunmurdu.Bizim gördüyümüz iş nəticəsində müştərilərin əksər hissəsinin sığortalanmsı təmin edildi."-deyə qeyd edib
Müəllif:Aynur Qəniyeva