Elman Rüstəmov: "Banklar uzunmüddətli pul vəsaitinə malik deyil"

Elman Rüstəmov: "Banklar uzunmüddətli pul vəsaitinə malik deyil"

BANK
1,446

İpoteka və Kredit Zəmanət Fondu  tədricən kommersiya fəaliyyətinə keçməlidir. Bu sözləri Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

“İKZF-nin fəaliyyəti kommersiyalaşdırılmalıdır. Bu, ipoteka kreditlərinin həcmini əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək. Hazırda ipoteka kreditlərinin həcminin artırılması üçün təkcə büdcə vəsaitləri kifayət etmir”, - deyə o, bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ipoteka kreditlərinin həcminin artırılmasında ilk növbədə, bankların özləri maraqlı olmalıdır, lakin bunun üçün onlar, ilk növbədə, uzunmüddətli pul vəsaitinə malik olmalıdır.

“Hazırda Azərbaycan banklarının özünün uzunmüddətli resursları yoxdur. Bankların bütün öhdəlikləri qısamüddətlidir ki, bu da 20-25 illik ipoteka krediti kimi uzunmüddətli aktivlərin cəlb edilməsini onlar üçün sərfəsiz edir”, - deyə Mərkəzi Bank sədri vurğulayıb.

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Elman Rüstəmov: "Banklar uzunmüddətli pul vəsaitinə malik deyil" — Fins.az — Fins.az