Elman Rüstəmov "AGBank" və "NBC Bank" barədə

Elman Rüstəmov "AGBank" və "NBC Bank" barədə

BANK
1,211

"Azərbaycan Mərkəzi Bankının lisenziyasını ləğv etdiyi "Amrah Bank" və "Atabank"ın, eləcə də hazırda inzibatçıların nəzarətində olan "AGBank" və "NBC Bank"ın hamısının kapitalı mənfidir".

Fins.az  xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov Real TV-yə açıqlamasında bildirib.

Elman Rüstəmov bildirib ki, "AGBank" və "NBC Bank"da onların da vəziyyəti digər banklardan ciddi fərqlənmir. Məsələn, "AGBank"ın kapitalı mənfi 145 milyon manat, "NBC Bank"ın kapitalı isə mənfi 23 milyon manatdır. Deməli onların normal fəaliyyətinə müvafiq olaraq 195 milyon manat və 73 milyon manat lazımdır.

Mərkəzi Bank sədri sözügedən  bankların likvidillik probleminə toxunaraq "Hər iki bankın likvidliklər bağlı ciddi problemləri var, artıq bizə siqnallar daxil olurdu ki, onlar öhdəliklərini yerinə yetirə bilmirlər. Onlarda problemli kreditlərin xüsusi çəkisi də yüksəkdir (müvafiq olaraq 54% və 32%)"-deyə vurğulayıb.

Müəllif:Aynur Qəniyeva

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Elman Rüstəmov "AGBank" və "NBC Bank" barədə — Fins.az — Fins.az