
Əhalisinin nominal pul gəlirləri AZALIB
2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan əhalisinin nominal pul gəlirləri 41 milyard 609 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,9% azdır.
Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb
Məlumata görə, bu ilin yanvar-sentyabr aylarında adambaşına nominal gəlirlər 1.7% azalaraq 4.173 manata düşüb.
Müəllif: Aynur Qəniyeva