
Əhalinin banklarda olan müddətli əmanətləri azalıb - MƏBLƏĞ
Fevral ayında əhalinin banklardakı müddətli əmanətləri 58,1 milyon manat da azalaraq 5 milyard 578 milyon manat düşüb.
Fins.az xəbər verir ki, bu barədə Mərkəzi bank məlumat yayımlayıb
Məlumatda göstərilib ki, yanvarda əhalinin müddətli əmanətləri 22,6 milyon manat azalmışdı. Beləliklə, ilk 2 ayda azalma 80,7 milyon manat təşkil edib.
2020-ci ilin ilk 2 ayında tələbli əmanətlər 144,7 milyon manat artaraq 2 milyard 994 milyon manata yüksəlib. Tələbli əmanətlərin artması ilə əlaqədar olaraq fiziki şəxslərin cəmi depozitləri 64 milyon manat artıb.
