
Dünya Bankı: Serbiya iqtisadiyyatı 3.2% böyüyəcək
Serbiya iqtisadiyyatının bu il 3.2% böyüyəcəyi proqnozlaşdırılır.
Fins.az xəbər verir ki, bu barədə Dünya Bankının "Dünya İqtisadi Görünüşü" adlı hesabatında qeyd edilib.
Hesabata görə, gələn il ölkə iqtisadiyyatının artım tempi 2.7%, 2024-cü ildə 2.8% olacaq.
Əlavə edək ki, ötən il Serbiyanın ÜDM artımı 7.4% olub.