
Dünya Bankı: “Livan çökməmək üçün islahatlara müraciət etməlidir“
“Livan hazırda dərin iqtisadi və maliyyə böhranından çıxmaq üçün hərtərəfli bərpa planının həyata keçirilməsini sürətləndirməlidir“.
Fins.az xəbər verir ki, bu barədə Dünya Bankı məlumat yayıb.
Məlumata görə, heç bir islahat aparılmasa, bu il ölkə iqtisadiyyatı 6,5% kiçiləcək.
Əlavə edək ki, Livan 2019-cu ildən bəri ağır iqtisadi böhranla mübarizə aparır.