Dövlət xətti ilə ipoteka kreditlərinin həcmi açıqlanıb

Dövlət xətti ilə ipoteka kreditlərinin həcmi açıqlanıb

BANK
316

2026-cı ilin yanvar-mart aylarında İpoteka və Kredit Zəmanət Fondu (İKZF) xətti ilə 30,1 milyon manat kredit verilib.

Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 94,9 milyon manat və ya 4,1 dəfə azdır.

Hesabat dövründə fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 75,8 milyon manat təşkil edib. Bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,4 milyon manat və ya 6,2% artım deməkdir.

Bununla yanaşı, fondun istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin həcmi 100 milyon manat olub ki, bu da illik müqayisədə 2 dəfə azalma ilə müşayiət olunub.

Eyni zamanda, İKZF-yə dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği də azalıb. Belə ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə azalaraq 21,3 milyon manat təşkil edib.

Açıqlanan rəqəmlər ipoteka kreditləşməsi üzrə birbaşa maliyyələşmədə azalma müşahidə olunsa da, yenidən maliyyələşdirmə istiqamətində müəyyən artımın davam etdiyini göstərir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Dövlət xətti ilə ipoteka kreditlərinin həcmi açıqlanıb — Fins.az — Fins.az