Dövlət Neft Fondunun hərraclarda valyuta satışı azalıb

Dövlət Neft Fondunun hərraclarda valyuta satışı azalıb

BANK
405

Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2022-ci ilin may ayı ərzində 288 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Bu barədə Fins.az-a Fonddan bildirilib.

Qeyd edək ki, Dövlət Neft Fondu tərəfindən 2022-ci ilin aprel ayı ərzində 548,7 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Beləliklə, aprel ayı ilə müqayisədə may ayında Fondun valyuta satışı 260,7 milyon dollar və ya 47,5% azalıb.

Dövlət Neft Fondu tərəfindən 2022-ci ilin yanvar ayı ərzində 727 milyon ABŞ dolları məbləğində, fevral ayı ərzində 371,2 milyon ABŞ dolları, mart ayı ərzində 526,2 milyon ABŞ dolları məbləğində valyuta satılmışdır.

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Dövlət Neft Fondunun hərraclarda valyuta satışı azalıb — Fins.az — Fins.az