
Dollar və funt ucuzlaşır, avro isə bahalaşır
Beynəlxalq enerji birjalarında Amerikanın Texas neftinin qiymətində 0.03$-a kimi ucuzlaşma, Amerikanın iqtisadiyyatında da özünü göstərəcəyi gözlənilir. Rusiya ilə Səudiyyə Ərəbistanı arasında bazar uğrunda dərinləşən mübarizə, enerji birjalarında neft qiymətlərinin ucuzlaşmasına səbəb olmaqdadır. Bu mübarizədə isə Amerikanın şist neftinin rəqabət aparmaq imkanı çox azdır.
Enerji birjalarında neft qiymətlərində yaranmış son mənzərə, valyuta birjalarında dollar və funtun qiymətinə mənfi, avronun isə bahalaşmasına təsir edə bilər. Lakin enerji birjalarında cari tendensiyanın EUR/USD və GBP/USD məzənnələrində də öz əksini tapması üçün burada son iki ay ərzində formalaşmış önəmli müqavimət və dəstək səviyyələrinin qırılması lazımdır.
EUR/USD valyuta cütlüyünün qiyməti hazırda 1.08$ dəstək, 1.09$ müqavimət, GBP/USD qiyməti 1.24$ dəstək, 1.24$ müqavimət səviyyələri aralığında dalğalanmaqdadır.