Deputat kreditlərin ödənilməsində vətəndaşlarla banklar arasında yaranmış problemdən çıxış yolu təklif edib

Deputat kreditlərin ödənilməsində vətəndaşlarla banklar arasında yaranmış problemdən çıxış yolu təklif edib

BANK
944

“İstehlak kreditlərinin ödənilməsində vətəndaşlarla banklar arasında problemlər yaranıb”.

bunu Milli Məclisin bu gün keçirilən iclasında  Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin (ikinci oxunuş) müzakirəsi zamanı millət vəkili Razi Nurullayev deyib.

O bildirib ki, koronavirusla bağlı dünyada olan təcrübəni öyrənib ölkəmizdə tətbiq etmək olar: “Azərbaycanda əksəriyyətin tez bir anda milyarder olmaq meyli var. Dünyada isə qoyulan sərmayələr 5-10 ildən sonra geri qayıdır. Təklif edirəm ki, əhalinin banklara borcunu indiki həssas dövrdə dövlət ödəsin, 4-5 aydan sonra isə vətəndaşlar banklara olan borcunu ödəyəndə banklar da dövlətin borcunu qaytarsın”.

(c)APA

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Deputat kreditlərin ödənilməsində vətəndaşlarla banklar arasında yaranmış problemdən çıxış yolu təklif edib — Fins.az — Fins.az