
Depozit qutuları üzrə yeni icarə imkanları genişlənir
Fins.az - “ATB Bank” depozit qutuları vasitəsilə dəyərli əşyaların və sənədlərin təhlükəsiz şəkildə saxlanılması üçün yeni icarə imkanları təqdim edir.
Məlumata görə, depozit qutuları müxtəlif ölçülərdə və 1 ay, 3 ay, 6 ay və 1 il müddətinə icarəyə verilir.
Qeyd olunur ki, qiymətlər qutunun ölçüsünə və icarə müddətinə uyğun olaraq dəyişir. Ən kiçik qutular üzrə aylıq icarə haqqı 20 AZN-dən başlayır, ən böyük ölçülü qutular üzrə isə bu rəqəm 70 AZN-ə qədər yüksəlir. İllik icarə haqları isə 200 AZN ilə 700 AZN arasında dəyişir.
Tələb olunan sənədlərlə bağlı bildirilib ki, depozit qutularından istifadə üçün ərizə forması və fiziki şəxslər üçün şəxsiyyət vəsiqəsinin surəti tələb olunur.
Məlumata əsasən, icarə haqqının ödənişi müvafiq onlayn keçid vasitəsilə həyata keçirilə bilər.
Qeyd edilir ki, depozit qutuları ATB Bankın Müştəri Xidmətləri Mərkəzi, Rəqəmsal 2 və Rəqəmsal 6 filiallarında, həmçinin Gəncə filialında müştərilərə təqdim olunur.