Debet kartı ilə aviaşirkət məhdudiyyəti olmadan bilet əldə etmək mümkün olacaq

Debet kartı ilə aviaşirkət məhdudiyyəti olmadan bilet əldə etmək mümkün olacaq

BANK
235

Fins.az“Kapital Bank” ASC səyahət həvəskarları üçün nəzərdə tutulmuş Birbank Platinum Miles debet kartını təqdim etdiyini açıqlayıb.

Bankın məlumatına görə, kart sahibləri etdikləri ödənişlərə görə səyahət milləri qazanaraq onları əlavə ödəniş etmədən istənilən aviaşirkətin aviabiletinə dəyişə, həmçinin Visa Concierge, hava limanına transfer və digər premium üstünlüklərdən yararlana bilərlər.

Məlumata görə, kart 99 manat dəyərində olmaqla AZN, USD və EUR valyutalarında təqdim edilir, xarici ödənişlər üzrə isə 0% komissiya tətbiq olunur. Bank bildirib ki, Birbank Platinum Miles kartı ilə qazanılan millər 2 il qüvvədə qalır, kart sahibləri hesab qalığına görə də əlavə mil qazana, həmçinin kartı Bakı, Abşeron və Sumqayıtda ödənişsiz ünvana çatdırılma xidməti ilə əldə edə bilərlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Debet kartı ilə aviaşirkət məhdudiyyəti olmadan bilet əldə etmək mümkün olacaq — Fins.az — Fins.az