Debet kart bazarında yeni tendensiya: keşbek və faizsiz taksit bir məhsulda

Debet kart bazarında yeni tendensiya: keşbek və faizsiz taksit bir məhsulda

BANK
231

Fins.az - Kapital Bank müştəriləri üçün nəzərdə tutulan Birbank Cashback Debet kartı gündəlik maliyyə əməliyyatlarını daha sərfəli və rahat həyata keçirməyə imkan yaradır.

Bankın məlumatına görə, kart istifadəçilərə partnyor ticarət və xidmət şəbəkələrində edilən alış-verişlər zamanı bonuslar toplamaq imkanı verir. Bununla yanaşı, şəxsi vəsaitlər üzrə həyata keçirilən köçürmələr və nağdlaşdırma əməliyyatları da əlavə rahatlıq yaradır.

Birbank Cashback Debet kartının əsas üstünlüklərindən biri onun yalnız debet kartı kimi deyil, eyni zamanda taksit kartı kimi də istifadə oluna bilməsidir. Bu halda istifadəçilər 24 ayadək faizsiz taksit və 63 günədək güzəşt müddəti imkanından yararlana bilirlər.

Kartın əldə olunması üçün əlavə ödəniş tələb olunmur və məhsul müştərilərə pulsuz təqdim edilir. Bu xüsusiyyət onu gündəlik maliyyə əməliyyatlarını daha səmərəli idarə etmək istəyən istifadəçilər üçün əlverişli həllə çevirir.

Kapital Bankın kart məhsulları sırasına həmçinin Birbank Platinum, Birbank Platinum Miles, Birbank Miles Debet, Birbank Visa Infinite Cashback, Birbank Visa Infinite Miles, Mastercard World Elite Miles, TələbəPlus və TəhsilPlus kimi müxtəlif üstünlüklərə malik kartlar da daxildir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Debet kart bazarında yeni tendensiya: keşbek və faizsiz taksit bir məhsulda — Fins.az — Fins.az