Çoxvalyutalı bank xidmətləri ilə maliyyə əməliyyatları asanlaşır

Çoxvalyutalı bank xidmətləri ilə maliyyə əməliyyatları asanlaşır

BANK
276

Fins.az“Azər Türk Bank” ASC fiziki şəxslər üçün hesablaşma-kassa xidməti təqdim etdiyini açıqlayıb.

Bank bildirib ki, müştərilər Azərbaycan manatı, ABŞ dolları, avro, Rusiya rublu, Türk lirəsi, İsveçrə frankı və funt sterlinqində cari hesab aça, ölkədaxili və beynəlxalq köçürmələr, valyuta mübadiləsi və digər bank xidmətlərindən yararlana bilərlər.

Məlumata görə, xidmət çərçivəsində hesabdan nağd vəsaitlərin çıxarılması, arayış və çıxarışların verilməsi, inkassasiya və məsləhət xidmətləri də təqdim olunur. Bank həmçinin filiallararası köçürmələrin saniyələr ərzində və ödənişsiz həyata keçirildiyini, cari hesabın açılması üçün isə müvafiq sənədlərin banka təqdim edilməsinin tələb olunduğunu bildirib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Çoxvalyutalı bank xidmətləri ilə maliyyə əməliyyatları asanlaşır — Fins.az — Fins.az