
Cəlal Orucov: PAŞA Bank, Azərbaycanda QR ödənişlərinin əhatə dairəsini genişləndirməsinə dəstək verir
Bakı 14 dekabr Fins.az
PAŞA Bank, Azərbaycanda QR ödənişlərinin əhatə dairəsini genişləndirmək üçün layihənin həyata keçirilməsinə məmnuniyyətlə dəstək verir
Fins.az xəbər verir ki,bunu PAŞA Bankın İdarə Heyətinin üzvü və Baş əməliyyat inzibatçısı Cəlal Orucov deyib
Məlumata görə O,“Yerli bazarda müasir texnoloji həlləri tətbiq edən ölkənin aparıcı maliyyə qurumlarından biri olan PAŞA Bank, Azərbaycanda QR ödənişlərinin əhatə dairəsini genişləndirmək üçün layihənin həyata keçirilməsinə məmnuniyyətlə dəstək verir. Bu texnologiyadan istifadə edərək yanacaqdoldurma məntəqələrində təqdim olunan ödəmə aləti yeni iş imkanları açmaqla yanaşı, nağdsız ödənişləri qəbul etmək üçün avadanlıq əldə etmə və avadanlıq xərclərini də optimallaşdırmağa imkan verir, həm də adi prosesi son istifadəçi üçün daha da asanlaşdırır və daha rahat edir. Əminəm ki, QR kod ilə ödəmə texnologiyasının tətbiqi miqyasının genişləndirilməsi bundan sonra da Azərbaycanda nağdsız ödənişlərin inkişafı üzrə dövlət proqramının həyata keçirilməsinə mühüm töhfə verəcəkdir” deyə bildirib