BVF və Dünya Bankı illik toplantısını üz-üzə keçirəcək

BVF və Dünya Bankı illik toplantısını üz-üzə keçirəcək

BANK
369

BVF və Dünya Bankı bu ilin oktyabr ayında baş tutacaq illik toplantısının keçiriləcəyi açıqlayıb.
"Fins.az" vxəbər verir ki, Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı bu ilin oktyabrında baş tutacaq illik toplantısının onlayn deyil normal formatda olacağını açıqlayıb.

İki qurumun birgə bəyanatında bildirilir ki, illik görüşlər oktyabrın 10-16-da BVF və Dünya Bankı Qrupunun Vaşinqtondakı mənzil-qərargahında keçiriləcək.

Açıqlamada qeyd olunub ki, görüşləri virtual olaraq izləyəcək şəxslər BVF və Dünya Bankının rəqəmsal platformalarında ictimai tədbirləri izləyə bilərlər.

Bütün dünyada sağlamlıq vəziyyətinin izlənilməsinin davam etdiriləcəyi vurğulanan açıqlamada, zərurət yaranarsa, illik toplantıların planının dəyişdiriləcəyi bildirilib.

Yeni növ koronavirus (Kovid-19) pandemiyası ilə əlaqədar 2020-ci ildəki görüşlərini virtual mühitdə təşkil edən BVF və Dünya Bankı ötən il görüşlərini qismən “hibrid” formatda keçirib.

Müəllif:Aynur Qəniyeva 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
BVF və Dünya Bankı illik toplantısını üz-üzə keçirəcək — Fins.az — Fins.az