BVF: Azərbaycan iqtisadiyyatı ən az təsirlənənlərdən biri olacaq

BVF: Azərbaycan iqtisadiyyatı ən az təsirlənənlərdən biri olacaq

BANK
742

Beynəlxalq Valyuta Fondunun (BVF) Orta Şərq və Mərkəzi Asiya regionu üzrə verdiyi yeni proqnoza əsasən, bu il sözügedən region ölkələrinin ÜDM-i 2,8% azalacaq.

BVF-nin “World Economic Outlook” hesabatınada bildirilir ki, regionun təkcə neft ixrac edən ölkələrinin iqtisadiyyatları ortalama 3,9% kiçiləcək. ÜDM-nin ən kəskin azalması İran və Əlcəzairdə gözlənir. BVF-yə görə kiçilmə müvafiq olaraq, 6% və 5,2% səviyyəsində olacaq.

Sözügedən regionun neft ixracatçıları içində ÜDM-i ən az təsirlənən Küveyt, Azərbaycan və Türkmənistan olacaq. BVF-nin proqnozlarına görə, cari il Küveyt və Azərbaycanın iqtisadiyyatı müvafiq olaraq 1,1% və 2,2% azalacaq, Türkmənistan iqtisadiyyatı isə 1,8% artacaq.

©️ APA

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
BVF: Azərbaycan iqtisadiyyatı ən az təsirlənənlərdən biri olacaq — Fins.az — Fins.az