Bu ölkənin Mərkəzi Bankı son 13 ilin ən sərt faiz artımı həyata keçirib

Bu ölkənin Mərkəzi Bankı son 13 ilin ən sərt faiz artımı həyata keçirib

BANK
298

Kolumbiya Mərkəzi Bankı siyasət faizini 150 bənd artıraraq 7,5 %-ə çatdırıb. Beləliklə, bank 1999-cu ildə həyata keçirilən inflyasiya hədəfləməsindən sonra ən kəskin faiz artımına imza atıb.

"Fins.az" xəbər verir ki,Kolumbiya Mərkəzi Bankı inflyasiya ilə mübarizə üçün aqressiv faiz artımı qərarını verib.

Bank siyasət faizini 150 baza bəndi artıraraq 7,5%-ə çatdırıb. Bloomberg sorğusunda iştirak edən iqtisadçıların da gözləntisi bu idi.

150 əsas bəndlik faiz artımı Kolumbiya Mərkəzi Bankının inflyasiya hədəfləmə strategiyasını qəbul etdiyi 1999-cu ildən bəri ən yüksək faiz artımı olub.

Ölkədə solçu prezident Qustavo Petro seçildikdən sonra Kolumbiya pesosunda satış dalğası müşahidə olunub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bu ölkənin Mərkəzi Bankı son 13 ilin ən sərt faiz artımı həyata keçirib — Fins.az — Fins.az