Bu il banklar veriləcək kreditlərə tələbin yüksək olmasına ümid edirlər

Bu il banklar veriləcək kreditlərə tələbin yüksək olmasına ümid edirlər

BANK
1,084

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu (İKZF) vəsaiti hesabına verilən kreditlərdə yumşalma olub.

Fins.az bu barədə Mərkəzi Bankın 2022-ci ilin IV rübü üzrə bank sektorunun kreditləşmə fəaliyyətinə dair sorğuların nəticələrinə əsasən xəbər verir ki, 2022-ci ilin IV rübündə həm daxili, həm də Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu (İKZF) vəsaiti hesabına verilən kreditlərdə yumşalma olub.

2022-ci ilin son rübü ərzində ipoteka kreditlərinə tələb artıb. Tələbin əsas drayveri kimi 2022-ci ilin III rübündə olduğu kimi IV rübündə də İKZF vəsaiti hesabına verilmiş kreditlər çıxış edib.

Banklar 2023-cü ilin ilk rübündə İKZF vəsaiti hesabına veriləcək kreditlərə tələbin yüksək olmasını və kredit siyasətinin yumşaldılmasını gözləyirlər.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bu il banklar veriləcək kreditlərə tələbin yüksək olmasına ümid edirlər — Fins.az — Fins.az