Biznes sahibləri üçün maliyyə əməliyyatlarını asanlaşdıran həll

Biznes sahibləri üçün maliyyə əməliyyatlarını asanlaşdıran həll

BANK
345

Fins.az“Yelo Bank” ASC müştərilərinə hesablaşma-kassa xidməti təqdim edir. Bankdan verilən məlumata görə, xidmət təchizatçılar və alıcılarla hesablaşmaların vaxtında aparılmasını, həmçinin nağd və nağdsız pul vəsaitlərinin operativ və təhlükəsiz idarə olunmasını təmin edir.

Bildirilib ki, hesablaşma-kassa xidməti çərçivəsində müştərilərə milli və xarici valyutada hesabların açılması, pul köçürmələrinin həyata keçirilməsi, multivalyutalı konvertasiya əməliyyatları, nağd pul vəsaitlərinin mədaxili və məxarici, hesab və əməliyyatlar üzrə arayış və çıxarışların, eləcə də ödəmə sənədlərinin surətlərinin təqdim edilməsi xidmətləri göstərilir.

Məlumata görə, “Yelo Bank” ASC müştərilərinə inkassasiya xidməti də təqdim edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Biznes sahibləri üçün maliyyə əməliyyatlarını asanlaşdıran həll — Fins.az — Fins.az