Bitkoini girov qoyub kredit götürə bilərsiniz

Bitkoini girov qoyub kredit götürə bilərsiniz

BANK
1,514

Məşhur kriptovalyuta cüzdanı olan Blockchain.com istifadəçiləri üçün bitcoin girovu müqabilində kredit verilməsi xidmətini təqdim edib. Borrow adlı yeni xidmət artıq martın 10-dan istifadəyə verilib. İstifadəçilər blockchain.com cüzdanda olan bitcoin təminatı müqabilində USD Digital əldə edə biləcəklər. USD Digital “Paxos Standard” kimi fəaliyyət göstərir və eyni şirkət tərəfindən dəstəklənir. Blockchain.com 2019-cu ilin mart ayında cüzdana PAX tokenini əlavə etmişdi. Bu token 1:1 nisbətində ABŞ dolları ilə təmin edilir və New York ştatının Maliyyə Xidmətləri İdarəsi tərəfindən tənzimlənir. 46 milyon istifadəçisi olan Blockchain.com hazırda 5 kriptovalyutanı – bitcoin, ethereum, bitcoin cash, stellar və USD Pax dəstəkləyir.

(C)KRiptoinvest

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bitkoini girov qoyub kredit götürə bilərsiniz — Fins.az — Fins.az