Birbank-da müştəri sorğularının emalı 70%-ə çatıb - Fərid Hüseynov

Birbank-da müştəri sorğularının emalı 70%-ə çatıb - Fərid Hüseynov

BANK
345

Birbank tətbiqində çata ünvanlanan müraciətlərin 70%-i süni intellekt vasitəsilə cavablandırılır.

Fins.az xəbər verir ki, bunu "Kapital Bank"ın İdarə Heyətinin sədri, Baş İcraçı direktoru Fərid Hüseynov bu gün rəhbərlik etdiyi bankın 2025-ci ilin yekunları və 2026-cı ilin fəaliyyət planlarına dair keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 2025-ci ilədək Birbank çatına ünvanlanan müştəri sorğularının emalı 40%-dən 70%-ə yüksəlib. Bu artım müştəri məmnuniyyəti göstəricilərinin də 75%-ə yüksəlməsinə səbəb olub.

F.Hüseynov bildirib ki, yeni nəsil "AI-agent" əsaslı çat həllərimiz vasitəsilə müştərilər artıq bir çox əməliyyatları müstəqil şəkildə icra edə bilirlər - kartların blokdan çıxarılması, əməkhaqqı avansı, nağd kredit və ya kredit kartı üçün müraciət kimi xidmətlər artıq operator müdaxiləsi olmadan həyata keçirilir.

Bank rəhbəri qeyd edib ki, rəqəmsallaşma trendi daxili əməliyyatlara da tətbiq olunur.

“Nümunə olaraq desəm, robotik avtomatlaşdırma (RPA) texnologiyası vasitəsilə 2025-ci ildə 8 departamentimiz üzrə 46 biznes prosesini avtomatlaşdırmışıq və bu, bizə 93 min saatlıq manual iş yükünə qənaət etmək imkanı yaradıb”, – deyə o əlavə edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Birbank-da müştəri sorğularının emalı 70%-ə çatıb - Fərid Hüseynov — Fins.az — Fins.az