Birbank kartları arasında köçürmələr komissiyasız və limitsiz həyata keçirilir - Cavid Mirzəyev

Birbank kartları arasında köçürmələr komissiyasız və limitsiz həyata keçirilir - Cavid Mirzəyev

BANK
476

Birbank debet kartları arasında köçürmələr limitsiz və komissiyasızdır.

Fins.az xəbər verir ki, bu barədə “Kapital Bank”ın İdarə Heyəti Sədrinin 1-ci müavini Cavid Mirzəyev mətbuat konfransında limit və komissiya dəyişikliyi ilə bağlı bankın yanaşmasına aydınlıq gətirib.

Onun sözlərinə görə, bank müştərilərə onların davranışlarına uyğun olaraq məhsul və xidmətləri fərdi yanaşma ilə təklif edir. Bu yanaşma həm daha geniş müştəri kütləsinə fayda verməyə, həm də maliyyə dayanıqlılığını qorumağa xidmət edir.

C.Mirzəyev bildirib ki, 2025-ci ildə bəzi müştəri qrupları üçün bankomatlardan nağdlaşdırma və Birbank kartlarından digər ölkədaxili bank kartlarına köçürmələr üzrə komissiyasız məxaric limitlərində dəyişiklik edilib. Onun sözlərinə görə, bu qərar müştərilərin 1%-dən də az hissəsinə şamil olunub.

Eyni zamanda bəzi müştərilər üçün limit artımı da tətbiq edilib. Bank rəsmisi qeyd edib ki, milyonlarla Birbank istifadəçisi üçün hazırda Birbank debet kartları arasında köçürmələr tamamilə limitsiz və komissiyasızdır.

Bundan əlavə, digər yerli bank kartlarına köçürmə edən müştərilər şəxsi vəsaitlərindən 10 000 manatadək məbləği heç bir komissiya ödəmədən köçürə bilirlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Birbank kartları arasında köçürmələr komissiyasız və limitsiz həyata keçirilir - Cavid Mirzəyev — Fins.az — Fins.az