Birbank Invest-in dövriyyəsi 25 milyon dolları keçib - Fərid Hüseynov

Birbank Invest-in dövriyyəsi 25 milyon dolları keçib - Fərid Hüseynov

BANK
304

Birbank Invest platforması 9 ay ərzində 25 000 000 ABŞ dolları həcmində dövriyyə edib.

Fins.az xəbər verir ki, bunu "Kapital Bank"ın İdarə Heyətinin sədri, Baş İcraçı direktoru Fərid Hüseynov bu gün rəhbərlik etdiyi bankın 2025-ci ilin yekunları və 2026-cı ilin fəaliyyət planlarına dair keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu gün ən dəyərli vəsait hərəkətdə olan, böyüyən və gələcəyə yatırılan vəsaitdir. Biz məhz bu fəlsəfəni rəhbər tutaraq, ötən il Birbank brendlərinə tamamilə yeni bir nəfəs gətirdik və Birbank Invest-i ictimaiyyətə təqdim etdik.

F.Hüseynov qeyd edib ki, PAŞA Kapital İnvestisiya Şirkəti ilə birgə ərsəyə gətirilən bu layihə Azərbaycanın bank tərəfindən təqdim olunan ilk müstəqil investisiya tətbiqidir. Onun sözlərinə görə, bu platforma həm peşəkarlar, həm də investisiya dünyasına yeni daxil olanlar üçün geniş imkanlar yaradır.

“Biz investisiya mühitini o qədər sadələşdirdik və əlçatan etdik ki, artıq rəqəmlər də öz sözünü deyir. Bu gün cəmi 1 dollarla qlobal bazarlara giriş etmək mümkündür. İstifadəçilərimiz ABŞ-nin aparıcı şirkətləri və Birja Fondları (ETF) da daxil olmaqla 12 000-dən çox maliyyə alətindən faydalana bilirlər”, – deyə o bildirib.

Bank rəhbəri əlavə edib ki, bütün bu imkanlar sürətli rəqəmsal qeydiyyat, 7/24 investisiya imkanı, 500 000 dollaradək sığorta və yüksək təhlükəsizlik standartları ilə təmin olunur.

F.Hüseynov vurğulayıb ki, çox qısa zaman keçməsinə baxmayaraq, artıq 100 000-ə yaxın istifadəçimizin bizə güvənməsi və dövriyyənin 25 milyon ABŞ dollarından çox olması onu göstərir ki, cəmiyyətimiz bu transformasiyaya çoxdan hazır idi.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Birbank Invest-in dövriyyəsi 25 milyon dolları keçib - Fərid Hüseynov — Fins.az — Fins.az