Beynəlxalq Vayuta Fondundan ehtiyat fondunun artırılması ilə bağlı AÇIQLAMA

Beynəlxalq Vayuta Fondundan ehtiyat fondunun artırılması ilə bağlı AÇIQLAMA

BANK
507

Beynəlxalq Valyuta Fondunun (BVF) ehtiyatlarının (SDR – BVF-nin hesab vahidi, xüsusi borcalma hüquqları) 650 mlrd. ABŞ dolları artırılması ölkələrin likvidliyini və ehtiyatlarını artıracaq, COVID-19 pandemiyasının yaratdığı böhrandan çıxmalarına kömək edəcək.

Bu barədə BVF-nin idarəedici direktoru Kristalina Georgiyeva tərəfindən cümə günü Fondun İcra Heyətinin SDR-lərin buraxılması təklifini dəstəkləmə qərarı ilə əlaqədar yaydığı açıqlamada deyilir.

Vəsaitlərin ayrılması təşəbbüsü nəzərdən keçirilməsi və təsdiqlənməsi üçün BVF-nin İdarə Heyətinə təqdim ediləcək. Plan təsdiqlənsə, avqust ayının sonunda qüvvəyə minəcək.

"Bu, bütün dünya üçün bir təşviq rolunu oynayacaq. SDR-lərin paylanması bütün üzv dövlətlərimizin likvidliyini və ehtiyatlarını artıracaq, inamı gücləndirəcək və dünya iqtisadiyyatının dayanıqlığını və sabitliyini gücləndirməyə kömək edəcək", - K. Georgiyeva bildirib.

Onun sözlərinə görə, 2009-cu ildə ehtiyatların genişləndirilməsi qlobal maliyyə böhranından qurtulmağa əhəmiyyətli bir töhfə verdi: "Əminəm ki, yeni paylamanın indi də eyni faydalı təsiri olacaq, BVF-nin hər bir üzvünə, xüsusən həssas ölkələrə kömək edəcək və COVID-19-un səbəb olduğu böhrana cavab tədbirlərini gücləndirəcək".

K. Georgieva BVF-nin önümüzdəki aylarda SDR-lərin daha zəngin ölkələrdən kasıb və daha həssas ölkələrə könüllü köçürülməsi istiqamətində dövlətlərlə aktiv qarşılıqlı əlaqələrini davam etdirəcəyini bildirib.

(c)APA
 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Beynəlxalq Vayuta Fondundan ehtiyat fondunun artırılması ilə bağlı AÇIQLAMA — Fins.az — Fins.az