Beynəlxalq Valyuta Fondunun prezidenti: "Dünya iqtisadiyyatı iflas nöqtəsinə çatıb"

Beynəlxalq Valyuta Fondunun prezidenti: "Dünya iqtisadiyyatı iflas nöqtəsinə çatıb"

BANK
460

"Koronavirus (COVID-19) epidemiyası qlobal iqtisadiyyatı iflas nöqtəsinə və ya 10 il əvvəlki qlobal maliyyə böhranından daha pis resesiya vəziyyətinə gətirib".

Bunu Beynəlxalq Valyuta Fondunun (İMF) prezidenti Kristalina Georgiyeva Ümumdünya Səhiyyə Təşkilatının (WHO) prezidenti ilə birgə keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, inkişaf etmiş ölkələr koronavirus epidemiyasının qlobal iqtisadiyyata və səhiyyə sisteminə təsirlərini azaltmaq üçün inkişaf etməkdə olan ölkələrə yardımlarını artırmalıdır.

“Bu böhran digərləri kimi deyil. Dünya iqtisadiyyatı iflas nöqtəsinə gəlib. Hazırda qlobal iqtisadiyyatda resesiya baş verir”, – K.Georgiyeva vurğulayıb.

(c)“Report”

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Beynəlxalq Valyuta Fondunun prezidenti: "Dünya iqtisadiyyatı iflas nöqtəsinə çatıb" — Fins.az — Fins.az