Belarusdan Azərbaycana birbaşa investisiyaların həcmi artıb

Belarusdan Azərbaycana birbaşa investisiyaların həcmi artıb

BANK
162

2025-ci ildə Belarusdan Azərbaycana birbaşa investisiyaların həcmi 7,922 milyon ABŞ dolları təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 5,618 milyon dollar və ya 3,4 dəfə artıb.

Hesabat ilində Belarusdan Azərbaycana yatırılan investisiyaların ümumi birbaşa xarici investisiyalardakı payı 0,1% olub. Qeyd edək ki, 2024-cü ildə Belarusdan Azərbaycana birbaşa investisiyaların ümumi həcmi 2,304 milyon dollar təşkil etmişdi.

Eyni zamanda, 2025-ci ildə Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmi 6,595 milyard ABŞ dollarını ötüb ki, bu da 2024-cü illə müqayisədə 450,9 milyon dollar və ya 6,4% azalma deməkdir. Hesabat dövründə Azərbaycanın xarici iqtisadiyyata yönəltdiyi birbaşa xarici investisiyaların həcmi isə 2,528 milyard dollar olub ki, bu da 2024-cü ilə nisbətən 765,4 milyon dollar və ya 43,4% artım deməkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Belarusdan Azərbaycana birbaşa investisiyaların həcmi artıb — Fins.az — Fins.az