Bankların kredit gəlirləri 21% artıb

Bankların kredit gəlirləri 21% artıb

BANK
1,333

Fins.az - Azərbaycandakı bankların 2026-cı ilin yanvar ayında kreditlərdən əldə etdiyi gəlirlər açıqlanıb.

Mərkəzi Bankdan bildirilib ki, bankların kreditlər üzrə faiz gəlirləri 356,3 milyon manat təşkil edib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 61,4 milyon manat və ya 21% artım deməkdir. 2025-ci ilin yanvar ayında kreditlər üzrə faiz gəlirləri 294,9 milyon manat idi.

Faiz xərcləri

Yanvar ayında bankların faiz xərcləri 165,7 milyon manat olub. Faiz xərclərinin böyük hissəsi depozitlər üzrə ödənilən faizlərdən ibarətdir.

Beləliklə, bankların kredit gəlirləri sürətlə artmaqda davam edir, faiz xərclərinin isə əsas yükü depozit sahiblərinin payına düşür.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bankların kredit gəlirləri 21% artıb — Fins.az — Fins.az