Banklar niyə regionlarda yerləşən əmlakı girov kimi qəbul etmir ? - PREZİDENTİN QALDIRDIĞI PROBLEMİN SƏBƏBİ

Banklar niyə regionlarda yerləşən əmlakı girov kimi qəbul etmir ? - PREZİDENTİN QALDIRDIĞI PROBLEMİN SƏBƏBİ

BANK
819

Azərbaycanada iqtisadi inkişafın dayanıqlılığını təmin etmək və neft gəlirlərindən asılılığın aradan qaldırılması üçün kiçik və orta sahibkarlığın bütövlükdə özəl sektorun inkişafına ehtiyac var. Bunun üçün də ölkədə kiçik və orta sahibkarlığın sürətli inkişafının təmin edilməsi əsas şərtlərdən biri kimi qiymətləndirilir. Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən  verilən kreditlərin sahibkarlara daha inkluziv olması üçün hökümət eyni zamanda kommersiya bankları tərəfindən bir sıra tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Biznes kreditlərinin stimullaşdırılması üçün atılmalı olan zərusi addımlar barədə fikirlərini fins.az -la bölüşən iqtisadçı ekspert Rəşad Həsənov biznes kreditlərinin verilməsi zamanı girov kimi regionlarda yerləşən əmlakın qəbul edilməməsi məsləsinə toxunaraq  bildirib ki, "Ötən gün müşavirədə ölkə başçısının da bununla bağlı müəyyən qeydləri oldu. Regionlarda təminat problemi var, yəqin ki, bankların qərarları  haradasa başadüşüləndir. Ona görə ki, regionların böyük hissəsində girov olaraq qəbul edilən daşınmaz əmlak  likvid deyil . Banklar hər hansı bir  problem yarandıqda, verilən vəsait geri qaytarılmadıqda  likvidləşdirə bilmir. Bu son nəticədə bank vəsaitinin uzun müddət dövriyyədən kənarda qalmasına beləliklə faktiki olaraq bankın maliyyə göstəricilərinin aşağı düşməsinə gətirib çıxarır."

O , "Buna görə bankları məcbur etmək olmaz ki, siz mütləq hər hansı ucqar kənddə yerləşən mənzili yaxud müəssisəni, daşınmaz əmlakı girov olaraq qəbul etməlisən. Bizdə daşınar əmlakın girov olaraq qəbul edilməsi mexanizmi hazırlanıb reyestri aparılır. Bu çox çətin prosesdir."-deyə qeyd edib 

Müəllif:Aynur Qəniyeva

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Banklar niyə regionlarda yerləşən əmlakı girov kimi qəbul etmir ? - PREZİDENTİN QALDIRDIĞI PROBLEMİN SƏBƏBİ — Fins.az — Fins.az